Rusiyanın Maqnitoqorsk şəhərində binanın qalıqları altında 37 nəfərin olduğu güman edilir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, hazırda onların tapılması üçün xüsusi xilasetmə əməliyyatı aparılır.
Qaz sızması nəticəsində baş vermiş partlayış binanın bir hissəsinin uçmasına səbəb olub. Yeddi nəfər ölüb.
17.40
Yeni il bayramının olmasına baxmayaraq Rusiya prezidenti Vladimir Putin yaşayış binasında baş verən faciə ilə bağlı Maqnitorsk şəhərinə baş çəkib
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya lideri Fövqəladə Hallar Nazirliyinin yaratdığı operativ qərargahda olub, həmçinin uçqun yerində davam etdirilən axtarış işlərinin gedişatı ilə tanış olub.
14:40Rusiyanın Maqnitorsk şəhərində məişət qazının partlaması nəticəsində yaşayış binasının bir hissəsi uçub.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış yerli vaxtla 04:00 radələrində baş verib.
Hadisə nəticəsində binanın üçüncü mərtəbədən onuncü mərtəbəyə qədər olan hissəsi çöküb. Azı 4 nəfərin həlak olduğu bildirilir. Dağıntılar altında 50-ə yaxın sakinin olduğu güman edilir.
Uçqun 48 mənzilə ziyan vurub. Xilasedicilər dağıntılar altından insanları çıxarmağa çalışır.
İnsidentlə əlaqədar Çelyabinsk vilayətində matəm elan olunub.