Rusiyanın Krasnodar vilayətində MiQ-29 tipli hərbi təyyarə qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə İnterfax-a Rusiya Müdafiə nazirliyindəki mənbə məlumat verib.
Məlumata əsasən, qəza zamanı pilot katapult edərək xilas olub. Onun həyatı üçün təhlükə yoxdur.
İlkin məlumatlara əsasən qəzaya səbəb texniki nasazlıq olub.