Avqustun 8-də axşam saatlarında Nalçikdə (Kabardin-Balkar Respublikası, Rusiya) 23 nəfərin olduğu kanat kabininin kabeli qırılıb.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində insanların demək olar ki, yarısı hündürlükdən yıxılıb.
Xilasedicilər isə nərdivanlardan istifadə etməklə qalanları təxliyə ediblər. Bütün xilasetmə əməliyyatı bir saat davam edib.
Son məlumatlara görə, fövqəladə hadisə nəticəsində 8 nəfər xəsarət alıb.