Moskvada dünən Puşkin adına meydanda keçirilən korrupsiya əleyhinə mitinqdə 700-dən artıq fəal saxlanılıb.
Oxu.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, aksiyanın təşkilatçısı olan müxalif siyasətçi Aleksey Navalnı da saxlanılanlar arasındadır.
Rusiya DİN-in məlumatına görə, Moskvada keçirilən aksiyada 8 min, aktivistlərin məlumatına görə isə 20 min nəfər iştirak edib.
Rusiyanın əksər böyük şəhərlərində keçirilən aksiyalardan fotoları təqdim edirik:
İ.N