Rusiya MOİK-in prezidenti Yevgeni Giner sağ əlinin orta barmağını itirib.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, futbol klubunun rəhbəri iti ilə gəzinti zamanı ciddi zədə alıb.
Məlumata əsasən, Giner itin xaltasını düzgün tutmayıb. Onun gəzdirmək üçün küçəyə çıxardığı ev heyvanı gözlənilmədən kənara dartınıb və sahibinin barmağını zədələyib qapıb. Nəticədə MOİK-in prezidenti zədələnmiş barmağını amputasiya etməli olub.
Qeyd edək ki, Yevgeni Giner MOİK-ə 2001-ci ildən rəhbərlik edir.
N.O.