Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiyada onlarla sərnişinin olduğu avtobus qəzaya uğradı: Sürücü diri-diri yandı
Rusiyanın Krasnodar vilayətində avtobusla toqquşma nəticəsində yanacaq daşıyan yük maşınının sürücüsü avtomobilin içərisində diri-diri yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunub ki, "MAN" markalı yük avtomobili "Yutong" markalı avtobusla toqquşub. Qəzadan sonra hər iki nəqliyyat vasitəsi yanıb.
Vurğulanıb ki, sərnişin avtobusunda 49 sərnişin olub. Onların hamısı yanan maşından xilas ola biliblər.
Lakin avtobusda olan 31 sərnişin, o cümlədən üç uşağa tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
"Rusiya" teqi üzrə xəbərlər
- Rusiyada dayanacaqda 30-dan çox avtomobil yandı
- Rusiya və Ukrayna arasında əsir mübadiləsi: Hər iki tərəfdən 150 hərbçi qaytarıldı
- Moskvada qəribə hadisə: Kişi maşınını almaqdan imtina edən şəxsi OĞURLADI
- Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib
- Rusiyada qeyri-adi hadisə: 16 yaşlı məktəbli içində ev tapşırığının olduğu fləş-kartı uddu
Ən çox oxunanlar
Rəylər