Moskvada "Baza" "Telegram" kanalının baş redaktoru Qleb Trifonov və onun həmkarı rüşvət verməkdə şübhəli bilinərək saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bunu TASS-a Rusiya İstintaq Komitəsindən deyiblər.
Məlumata görə, axtarışlar zamanı istintaq üçün mühüm əhəmiyyət kəsb edən sənədlər və elektron informasiya daşıyıcıları aşkar edilərək götürülüb.
Daha əvvəl nəşrin iki əməkdaşı sərbəst buraxılmışdı.
Rusiya İstintaq Komitəsinin əməkdaşları "Baza" "Telegram" kanalının redaksiyasında daha əvvəl aparılan axtarışlardan sonra nəşrin saxlanılmış iki əməkdaşını sərbəst buraxıblar.
Oxu.Az xəbər verir ki, bunu TASS-a "Baza" nəşrinin baş redaktorunun vəkili Aleksey Mixalçuk deyib.
Onun sözlərinə görə, hazırda üç əməkdaş saxlanılmaqda davam edir: "Hüquqlarını müdafiə etdiyim Qleb Tixonov və onun iki həmkarı şöbədə qalmaqdadır".
Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva üzrə İstintaq İdarəsi "Baza" "Telegram" kanalının baş redaktoru Qleb Trifonov və bir neçə digər əməkdaşın qurumun binasında saxlanılması ilə bağlı yayılan məlumatı təkzib edib.
Bu barədə Oxu.Az nəşrə istinadən xəbər verir.
Məlumata görə, baş redaktorun vəkili Aleksey Mixalçik bildirib ki, iki saat yarımdan artıqdır vəkillər saxlanılan şəxslərlə görüşə buraxılmırlar.
"RİA Novosti" ilə söhbətində o, "Baza"nın beş əməkdaşının saxlanıldığını bildirib.
Rusiyada "Baza" "Telegram" kanalının ofisində axtarış aparan təhlükəsizlik qüvvələri telefonları, kompüter və sənədləri müsadirə edir.
Bu barədə Oxu.Az nəşrin paylaşımına istinadən xəbər verir.
Məlumata görə, redaksiyada hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə olan iki jurnalist ilə əlaqə yoxdur, onların prosessual vəziyyəti məlum deyil. Nəşrin qadın jurnalistlərindən biri polis bölməsinə aparılıb, onun bütün texniki avadanlıqları müsadirə edilib.
"Baza Telegram" kanalının baş redaktoru Qleb Trifonov vəzifə səlahiyyətlərindən sui-istifadə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsi) maddəsi üzrə açılmış cinayət işi çərçivəsində dindirilməyə aparılıb.
Rusiya İstintaq Komitəsinin bəyanatına görə, axtarışlar "Baza" "Telegram" kanalının redaksiyasında, Trifonovun evində, Krasnodar və Krasnoyarsk ərazilərində, habelə Belqorod vilayətində aparılıb. İstintaqın məlumatına görə, şəxsiyyəti müəyyənləşdirilməyən polis əməkdaşları tərəfindən məhdudlaşdırılmış məlumatlar ötürülüb və daha sonra bu məlumatlar "Telegram" mesencer kanallarından birində dərc edilib.
Rusiyada polislər axtarış aparmaq üçün məşhur "Baza" "Telegram" kanalının ofisinə gediblər.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, səhər saatlarında polis və OMON (polislərin xüsusi təyinatlı dəstəsi), həmçinin "Baza"nın baş redaktoru Qleb Trifonovun mənzilinə də baş çəkib, hazırda onunla əlaqə yoxdur. Qonşuların sözlərinə görə, o, naməlum istiqamətdə aparılıb. Qlebin hazırda harada olduğu məlum deyil - nə həmkarları, nə qohumları, nə də vəkilləri onu tapa bilirlər.
Daha sonra polis əməkdaşları "Baza" redaksiyasının ofisinə gediblər. Həmin vaxt ofisdə olan nəşrin əməkdaşları ilə əlaqə kəsilib.
Polisin iddialarının mahiyyəti hələlik məlum deyil. "Baza"nın məlumatına görə, söhbət Rusiyanın regionlarından birində müəyyən cinayət işinin başlanmasından gedə bilər.
TASS-ın məlumatına görə, "Baza" "Telegram" kanalının redaksiyasında aparılan axtarışlar polis əməkdaşlarına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə halı ilə bağlıdır.