Rusiyanın Xantı-Mansiysk muxtar vilayətində rekord temperatur qeydə alınıb -62°C.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti-yə regionun ictimai və xarici əlaqələr üzrə departamentinin direktoru Yelena Şumakova məlumat verib.
“Dünən Beloyarsk rayonunun Kazım kəndində -58°C şaxta olub... Demək olar ki, heç nə görünmür. Son məlumata əsasən, bu gün Beloyarsk rayonunun Böyük Olhovski sahəsində -62°C qeydə alınıb”, - o deyib.
Məktəblərdə şava şəraiti ilə əlaqədar dərslər dayandırılıb.
S.B.
www.oxu.az