Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyada yemək müsabiqəsi FACİƏ İLƏ BİTDİ: Qadın qəfil öldü
Rusiyanın Krasnoyarsk diyarının Kuraqinski rayonunda qadın "blinçik" yeyərkən boğularaq ölüb.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 36 yaşlı Natalya adlı qadın "Maslenitsa" bayramını qeyd etmək üçün şənliklərin, konsert proqramlarının və müsabiqələrin keçirildiyi Berezovskoye kəndindəki meydana gəlib. O, burada "blinçik" yeyilməsi üzrə yarışmaya qatılıb.
Hadisə şahidlərinin sözlərinə görə, qadın qalib gəlməyi o qədər istəyirdi ki, ağzını "blinçik"lə həddindən artıq doldururdu və demək olar, çeynəmirdi. Və bir məqamda qadın boğulmağa başlayıb. Festivalda növbətçi olan həkimlər ona kömək etməyə çalışsalar da, Natalyanın həyatını xilas etmək mümkün olmayıb.
Ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi davam edir. İlkin ehtimallara görə, qadın yarışa qatılmamışdan spirtli içki də qəbul edibmiş.
"Rusiya" teqi üzrə xəbərlər
- Rusiyanın şərqində meşə yanğınları qəsəbələrə yaxınlaşır
- Marko Rubio: "Zelenski üzr istəməlidir"
- ABŞ senatorundan Zelenskiyə dəstək
- ABŞ dövlət katibi: "Sülh razılaşması Kiyev üçün təhlükəsizlik zəmanətlərindən əvvəl bağlanmalıdır"
- Filippində dəhşətli hadisə: Rusiyalı turisti köpəkbalıqları parçaladı