Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiyada yerli sakini hədələyən erməni polisdən qaçmaq üçün maraqlı üsul seçdi: "Gödəkçə"yə çevrildi
Rusiyanın Omsk vilayətindəki kəndlərin birində yaşayan, Ermənistandan olan qeyri-qanuni mühacir məhkəmə icraçısından gizlənmək üçün özünü "gödəkçə"yə oxşadıb.
Bu barədə Oxu.Az "RİA Novosti" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, erməni yerli sakini zorakılıqla hədələyib və bundan sonra ona qarşı cinayət işi qaldırılıb. Erməni məhkəməyə getmək istəməyib, bu zaman onun məcburi gətirilməsi qərarı verilib.
Məhkəmə icraçıları zəng vuraraq əlaqə yaratmağa çalışsalar da, onun telefonu bağlı olub.
Erməninin evinə gələn icraçılara qapını onun birlikdə yaşadığı qadın açıb və kişinin evdə olmadığını deyib. Onun davranışından şübhələnən məhkəmə icraçıları mənzilə baxış keçirmək qərarına gəliblər.
Bu zamanı otaqlardan birində gödəkçənin altına girərək gizlənməyə çalışan ermənini tapıblar.
"Rusiya" teqi üzrə xəbərlər
- Peskov ABŞ ilə faydalı qazıntılar üzrə əməkdaşlığın şərtlərini açıqladı
- Polşa ordusu hazır vəziyyətə gətirildi - SƏBƏB
- ABŞ və Rusiya nümayəndələrinin Ər-Riyadda ikinci görüşü keçiriləcək
- Rusiyada 18-ci mərtəbədən yıxılan gənc sağ qaldı
- Rusiyada yaşayan məşhur bakılı stilistə ağır xəstəlik diaqnozu qoyuldu