Bir müddət öncə Rusiyada “Youtube” videservisinə çıxışın məhdudlaşdırılması barədə məlumatlar yayılıb.
Lakin onlar öz təsdiqini tapmayıb.
Bunu “Global Check” bildirib.
“Bəzi kanalların yayımladığı “YouTube”-un Rusiyada bloklanması xəbərini təsdiq etmirik. Xidmətimiz yenidən kiberhücuma məruz qalıb və qrafik yanlış məlumatları göstərə bilər. Zəhmət olmasa, bu məlumat əsasında nəticə çıxarmaqdan çəkinin”, - deyə paylaşımda qeyd edilib.
00:21
Rusiyada sosial şəbəkələrə çıxışa qadağa qoyulur.
“Facebook” və “Twitter”in ardından ölkə ərazisindən “YouTube” videoservisinə giriş də məhdudlaşdırılıb.
Bu barədə “Nexta” məlumat yayıb.
Qeyd edək ki, Rusiyanın tənzimləyici orqanı olan "Roskomnadzor" sosial şəbəkələri ölkəyə yalan məlumatlar yaymaqda və onlara qarşı ayrı-seçkilikdə ittiham edib.
⚡️⚡️⚡️According to globalcheck, YouTube is being blocked in #Russia pic.twitter.com/3nCNOI7KLT
— NEXTA (@nexta_tv) March 4, 2022