Rusiyanın Ehtiyat Fondu 2017-ci ildə tamamən istifadə ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Hesablama Palatasının sədri Tatyana Qolikova “Oqonyek” jurnalına verdiyi müsahibəsində bildirib.
“Hesablamalara görə, 2017-ci ildə Ehtiyat Fondu tamamən istifadə ediləcək və hökumət Milli Rifah Fondunun vəsaitinin istifadəsinə başlayacaq. Ehtiyat vəsaitdən büdcə xərclərinin ödənilməsi üçün az istifadə ediləcəyi sevindirici haldır: 2019-cu ildə 140 milyard rubl (2017-ci ildə - 1,8 trilyon rubl)”, - Qolikova qeyd edib.
Bununla yanaşı, o, narahatlıq doğuran amillərin içində daxili mənimsəmələrin həcminin 1,9 trilyon rubla (onun sözlərinə görə, bu, 2016-cı ildə olan göstəricidən 680 milyard rubl çoxdur) qədər artdığını qeyd edib.
Hesablama Palatası rəhbərinin fikrincə, Nazirlər Kabineti yeni ehtiyat yaratmalı və 2017-ci ildə əvvəlki kimi iqtisadiyyatın yüksəldilməsinə vasitəçi olan avtomobil sənayesinə, kənd təsərrüfatı maşınqayırmasına və digər sahələrə dəstək göstərməlidir. “Amma artıq indidən vəsait axtarmaq lazımdır, çünki bu ehtiyatlar olmadan vəziyyətə operativ reaksiya göstərmək və ilin əvvəlindən maliyyə dəstəyini təmin etmək imkanı olmayacaq”, - o vurğulayıb.
N.O.
www.oxu.az