Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili, Trampın inauqurasiyası zamanı Ukrayna telekanalları tərəfindən çəkilən görüntülərindən narazı qalıb.
Oxu.Az aznews.az-a istinadən xəbər verir ki, bu haqda o, öz Facebook səhifəsində paylaşım edib.
Siyasətçi iddia edir ki, şəkillər o, inauqurasiya mərasimini tərk edərkən çəkilib:
“Biz Ukrayna telekanallarına təklif etmişdik ki, Trampın inauqurasiyasına getməyimizi işıqlandırsınlar, ancaq bundan imtina etdilər. Lakin onlar mənim mərasimi tərk edərkən çəkilən qeyri-rəsmi şəkillərimi paylaşdılar”.
Bu şərhi ilə bərabər Saakaşvili jurnalistlərin yaydıqları foto və videonu “screen” edərək paylaşıb.
Siyasətçinin sözlərinə görə, bu materiallar sübut edir ki, “düşmənlər” ondan qorxurlar.
A.M.