Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şahin Mustafayev İranın neft naziri ilə görüşüb
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə İranın neft naziri Möhsün Paknejat Tehranda keçirdikləri görüşdə energetika sahəsi başda olmaqla ikitərəfli əməkdaşlığın sürətlənməsi məqsədilə birgə işçi qrupun formalaşmasına dair fikir mübadiləsi aparıblar.
Oxu.Az bu barədə "Mehr" agentliyinə istinadən məlumat verib.
Məlumata görə, M.Paknejat deyib ki, neft və enerji sektoru iqtisadi əlaqələrin inkişafı üçün oxlardan biridir.
O bu sahədə əməkdaşlıq səviyyəsinin artırılması ilə bağlı istənilən təşəbbüsləri alqışladıqlarını söyləyib. Nazirin sözlərinə görə, bu cür əməkdaşlıq lazımi infrastruktur tələb edir.
Şahin Mustafayev vurğulayıb ki, İrana səfərinin məqsədi iki ölkə arasında münasibətləri nəzərdən keçirmək və gələcək layihələrin həyata keçirilməsi ilə bağlı danışıqlar aparmaqdır.
Xatırladaq ki, Ş.Mustafayev Tehranda İran Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi və digər rəsmilərlə görüşüb.
"Şahin Mustafayev" teqi üzrə xəbərlər
- İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək
- Şahin Mustafayev: "Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi layihələr regionun inkişafına töhfə verəcək"
- Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
- Azərbaycanla İran arasında əməkdaşlığın gələcək inkişaf pespektivləri müzakirə olunub
- İran və Azərbaycan arasında yeni sazişin imzalanması gözlənilir