Sankt-Peterburqda terror aktını törətməkdə şübhəli bilinən terrorçu Rusiya vətəndaşlığından məhrum edildi.
Oxu.Az “Republic”a istinadən xəbər verir ki, bu barədə Rusiya DİN məlumat yayıb.
Məlumatda Cəlilovun atasının Rusiya pasportu almaq üçün müraciəti zamanı “yalandan ifadə verməsi” bildirilir. Hansı məlumatlardan söhbət getdiyi açıqlanmır.
“Bu qərar onun oğlu, 2017-ci ilin aprel ayının 5-də Sankt-Peterburq metrosunda terror aktı törədən A.A.Cəlilovun Rusiya vətəndaşlığını almasına dair qərarın ləğv edilməsinə səbəb olub”, - məlumatda bildirilir.
N.О.
www.oxu.az