Fransa Prezidenti Emmanuel Makron Parisdə “sarı jiletlilər” hərəkatının fəalları ilə qarşılıqlı söz davasına çıxıb.
REN TV xəbər verir ki, insidentin videosu “Twitter”də “Brèves de presse” adlı səhifədə yayımlanıb.
Hadisə Bastiliyanın alınması günü münasibətilə keçirilən tədbirdə baş verib.
Fransa prezidentini mühasirəyə alan fəallar hökumət əleyhinə şüarlar səsləndirib, prezidentin istefasını tələb ediblər.