Gələn ilin baharında Parlament seçkilərində Ermənistanın iqtidar partiyası qələbə çalarsa Karen Karapetyan yenə də hökumət başçısı olaraq qalacaq.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Ermənistannı Respublika Partiyasının XVI qurultayında çıxış edərkən bildirib.
“Partiya qələbə qazandığı təqdirdə Ermənistan hökumətinə Karen Karapetyan başçılıq etməyə davam edəcək”, - prezident təsdiqləyib. O, baş nazirə və onun kabinetinin fəaliyyətinə dəstəyini bildirib.
Ermənistan parlamentinə növbəti seçkilər aprel ayının 2-də olacaq. Bu, keçən ilin dekabrında Ermənistan Konstitusiyasında düzəlişlərin qəbul edilməsindən sonra ilk seçkilər olacaq. Düzəlişlərə görə, ölkə parlament idarəçiliyi formasına keçib.
N.O.
www.oxu.az