Meksikanın San-Pedro-Xuamelula şəhərinin meri Viktor Aquilar dişi timsahla “evlənib”.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Daily Mail” nəşri yazır.
Mərasimdən əvvəl timsahı xaç suyuna salıblar, sonra isə ona ağ gəlinlik geyindiriblər. Sürünənin ağzını bağlayıblar ki, o heç kimi dişləyə bilməsin.
Yerli adət-ənənəyə görə, San-Pedro-Xuamelula şəhərinin başçıları hər il dişi timsahla toy mərasimi keçirirlər. Əfsanəyə əsasən, bu rəmzi toy balıqçılara uğur gətirir.
S.B.
www.oxu.az