İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-nin Küveytdəki "Əl-Udayri" helikopter bazasına pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə kombinə edilmiş zərbə endirib.
Oxu.Az bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.
İran tərəfinin iddiasına görə, SEPAH-ın raket bölmələri helikopterlərə xidmət mərkəzlərini, yanacaq çənlərini, eləcə də komanda mərkəzini dəqiqliklə vurub və onlara ciddi zərər yetirib.