Səudiyyə Ərəbistanı krallığının vəliəhdi Məhəmməd ben Salman qadaşını ölkənin xarici işlər naziri təyin edib.
Oxu.Az TheAtlantic-ə istinadən məlumat verir ki, yaxın zamanda Xaled ben Salman Adel Əl-Cubeyri əvəz edəcək.
Xaled ben Salman vəliəhd Məhəmməd ben Salmanın kiçik qardaşıdır. O bir müddət əvvəl krallığın ABŞ-dakı səfiri təyin edilib. O, bu vəzifədə şahzadə Abdulla ben Feysal ben Turkini əvəzləyib. A.Əl-Cubeyri 2007-2015-ci illərdə krallığın ABŞ-dakı səfiri olub və sonra Xarici İşlər Nazirliyinə rəhbərlik edib. O, həmçinin kral ailəsinə aid olmayan ikinci şəxsdir.
Xaled ben Salman ABŞ-ın Missisipi ştatında yerləşən Kolumbiya Hərbi Hava Bazasının məzunudur. F-15 təyyarəsinin pilotu olan yeni xarici işlər naziri İŞİD-ə qarşı döyüşlərdə olub. 2016-cı ilin sonunda o, ABŞ-a köçərək Səudiyyə Ərəbistanının səfirliyində müşavir işləyib.
İ.F.