Havaların isti keçməsi ilə əlaqədar kondisioner və ventilyatorlardan istifadə artıb. Bu da elektrik naqillərində yüklənmələrə gətirib çıxarıb. Son 3 gündəki elektrik enerjisinin sərfiyyatının həcmini öyrənmək üçün “Azərenerji” ASC ilə əlaqə saxladıq.
Amma ASC-dən Oxu.Az-a verilən cavab qəribə və təəcüblü oldu.
“Sualınıza heç bir halda cavab verilməyəcək. Çünki “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı tətildədir və bu həftə ərzində olmayacaq”.
Nə deyirik. Xoş istirahətlər!
L.Ə.