Cənubi Koreya hərbçiləri ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkiləri ərəfəsində Şimali Koreyaya (KXDR) qarşı sayıqlığı artırıblar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Seulda brifinq zamanı Koreya Respublikasının Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bəyan edib.
“Biz Şimali Koreya hərbçilərinin nüvə poliqonu ərazisi Punqyo-ridə, eləcə də ballistik raketlərin buraxıldığı yerlərdə bütün addımlarını diqqətlə izləyirik. Koreya Respublikasının silahlı qüvvələri Phenyanın istənilən təxribatına tez və qətiyyətli cavab verməyə hazırdır”, - o vurğulayıb.
Onun sözlərinə görə, bu, Şimali Koreyanın ABŞ-da prezident seçkiləri gününü yeni raket buraxılışları üçün əlverişli gün hesab edə biləcəyi ilə bağlıdır.
“Əvvəlcədən planlaşdırılmış, o cümlədən də Cənubi Koreyada THAAD Amerika raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsi cədvələ uyğun olaraq davam edəcək”, - jurnalist qeyd edib.
N.O.
www.oxu.az