Silahlı polis əməkdaşı İstanbulda Psixiatriya klinikasının palatalarının birində qapını bağlayaraq intihar edəcəyini bildirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “NaberTurk” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə klinikanın yerləşdiyi Cərrahpaşa Universitetinin Tibb fakültəsində baş verib. Polis əməkdaşı orada müalicə keçirdi. Onun otaqda barrikada qurduğunu görən həkimlər hüquq-mühafizə orqanı əməkdaşlarını çağırıblar. Hazırda pasiyent ilə vasitəçilər söhbət edirlər, onlar intihar cəhdinin qarşısını almağa çalışırlar.
Daha öncə yerli KİV silahlı adamın girov götürməsinə dair məlumat yaymışdı.
15:49
İstanbul Universitetinin Psixiatriya klinikasının silahlı pasiyenti klinika əməkdaşını girov götürüb.
Oxu.Az xəbər verir ki, bu barədə “Hurriyet” qəzetinə istinadən TASS məlumat yayıb.
Hadisənin digər təfərrüatları bildirilmir.
N.O.
www.oxu.az