Rusiyanın Birinci kanalında “Pozner” proqramının aparıcısı, telejurnalist Vladimir Pozner hazırda bu ölkədə yaşayan MAİ-nin (Mərkəzi Axtarış İdarəsi) sabiq əməkdaşı Edvard Snoudendən müsahibə götürmək istədiyini, lakin onun etiraz etdiyini bildirib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Mən Edvard Snoudendən müsahibə almaq istəyirdim... Lakin mənə bildirdilər ki, Snouden razı deyil. Onun qarşısına hansısa şərtlər qoyulub, bu (müsahibə - red.) isə onun ABŞ-a qayıtmasına mane ola bilər. Ona görə də o risk etmək istəmir”, - deyə Pozner Latviyanın Baltkom radiostansiyanına müsahibəsində bildirib.
N.О.