Rusiyalı jurnalist və “Dojd” kanalının teleaparıcısı NTV kanalının efirində bəyan edib ki, Donbassda Rusiya Federasiyasından olan kadr zabitlərinin olduğunu bəyan edən Kseniya Sobçak studiyada qalmaqal yaradıb.
Oxu.Az xəbər verir ki, proqramın qonaqları bu sözləri təkzib etməyə çalışsalar da Kseniya Sobçak qəzəblənib və “Komsomolskaya pravda”nın həmin ərazidə çalışan müxbirlərini yaltaqlıqda ittiham edib.
Hansı informasiya mənbəsinə etibar etməsinə dair suala cavab verərkən, Sobçak aydın cavab verə bilməyib. Əvəzində isə qışqırmağa və ona söz söyləməyə imkan verilmədiyini deyib.
Aparıcı Andrey Norkin onu sakitliyə riayət etməyə çağırdıqda isə o, ümumiyyətlə, studiyanı tərk edəcəyini bildirib. İnternetdə yayılmış videoda Sobçakın sözlərinə reaksiya aydın görünür, ona qışqırır və yalan danışmaqda ittiham edirdilər. Studiyada Donbassdan olan qadınlar da olub.
“Siz yalan danışırsız, mən Donetskdənəm, mən hər şeyi öz gözlərimlə görmüşəm, təyyarələr uçanda iki yaşlı uşağımla harada gizlənəcəyimi bilmirdim. Amerikalılar gəldi, polyaklar gəldilər, onlar heç rus dilində danışmırdılar”, - proqramın iştirakçılarından biri bəyan edib.
Aparıcı Andrey Norkinin verilişini təxribatçı adlandıran Sobçak, müzakirə zamanı ona söz deməyə imkan vermədiklərini bildirib və ümumiyyətlə, studiyanı tərk edəcəyi ilə hədələyib.