Almaniyanın kansleri Angela Merkel Soçidədir, o, burada Rusiya prezidenti Vadimir Putin ilə danışıqlar aparacaq.
Oxu.Az xəbər verir ki, daha öncə Rusiya və Almaniya lideri terrorizm, Yaxın Şərqdə vəziyyəti və Minsk danışıqlarının realizəsini müzakirə etmək üçün görüşəcəklərinə dair məlumat yayılmışdı.
Almaniya hökumətinin rəhbərinin ikiillik fasilədən sonra səfərinə səbəb “Böyük İyirmilik” sammitinə hazırlıqdır. Sammit bu ilin iyulunda Hamburqda keçiriləcək. Amma diqqət mərkəzində beynəlxalq gündəmin bütün əsas məsələləri olacaq.
N.О.
www.oxu.az