Yunanıstan Rusiya ilə gələn həftənin əvvəlində energetika üzrə müqavilə imzalamaq niyyətindədir, Oxu.Az Spiegel-Online nəşrinə istinadən xəbər verir.
Razılaşma iflas təhlükəsi qarşısında olan yunan xəzinəsinə 3 – 5 mlrd. avro pul gətirə bilər.
Pullar xəzinəyə Yunanıstan ərazisi ilə “Türk axını” qaz kəmərinin çəkilişi üçün avans qismində daxil olacaq.
Müqavilənin çərşənbə axşamı imzalanacağı gözlənilir.
Razılaşmanın təfərrüatları Yunanıstanın baş naziri Aleks Tsiparsın Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı müzakirə edilib.
Boru kəmərinin 2019-cu ildə çəkiləcəyi gözlənilir.