Rusiyanın Stavropol bölgəsində yerləşən istirahət mərkəzlərindən birində kütləvi zəhərlənmə baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Məlumata görə, bağırsaq infeksiyası əlamətləri ilə tibbi yardıma müraciət edən turistlərin sayı 80-ə çatıb.
Xəstəxanalara yerləşdirilənlər arasında yetkinlik yaşına çatmayan 21 nəfər olub.
Hadisənin baş verdiyi kompleksə baxış keçirilib və oradan nümunələr götürüblər. İlkin məlumata görə, kütləvi zəhərlənməyə istirahət mərkəzində kulinariya emalından keçmiş qida məhsullarında aşkar edilən salmonellyoz törədicisi olub. İnfeksiya mənbəyinin və törədicinin ötürülmə mexanizminin müəyyən edilməsi məqsədilə laboratoriya ekspertizaları təyin edilib.
İstirahət mərkəzinin fəaliyyəti dayandırılıb, faktla bağlı cinayət işi açılıb.