Avropa Parlamentinin sabiq prezidenti Martin Şults Almaniyanın Sosial Demokrat Partiyası tərəfindən qarşıdakı seçkilərdə vahid namizəd kimi kansler postuna irəli sürülüb.
Oxu.Az bu barədə “Die Welt”ə istinadən xəbər verir.
61 yaşlı Şultsun namizədliyinə partiyanın idarə heyətinin bütün üzvləri səs veriblər.
Bundan əlavə, Şults həm də bir neçə gün əvvəl Almaniyanın xarici işlər naziri təyin olunmuş Ziqmar Qabrielin yerinə üzvü olduğu partiyanın sədri postuna namizəd kimi irəli sürülüb.
Xatırladaq ki, xristian-demokratik ittifaqın sədri, Almaniya kansleri Angela Merkel seçkiqabağı kampaniyada xristian-sosial ittifaq koalisiyası üzrə kiçik tərəfdaşın dəstəyinə ümid edə bilər.
N.O.
www.oxu.az