“İslam dövləti” terror təşkilatının nəzarəti altında olan Suriyanın Əl-Bab şəhərinin azad edilməsi üzrə əməliyyatda Türkiyə Silahlı Qüvvələrinin altı hərbçisi yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Yaralı əsgərlər Suriyadan Türkiyə ərazisindəki xəstəxanaya təxliyə ediliblər.
Türkiyə SQ avqustun 24-də koalisiya təyyarələrinin dəstəyi ilə Suriyanın Carablus şəhərinin İŞİD yaraqlılarından azad edilməsi əməliyyatına başlayıblar. Əməliyyat “Fərat qalxanı” adını alıb.
“Fərat qalxanı” əməliyyatının başlandığı zaman ərzində Suriyanın şimalında Türkiyə SQ-nin 20 hərbçisi ölüb.
N.O.
www.oxu.az