İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru Qolamreza Samai Suriyada öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə “Mizan” informasiya agentliyi İranın məhkəmə sisteminin saytına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Samai oktyabrın 26-da ölüb, amma hadisənin baş verdiyi məkan və təfərrüatlar dəqiqləşdirilməyib. Məlumatda iranlı generalın Suriya ordusuna konsultasiya məqsədi ilə bu ölkədə olması deyilir.

N.O.
www.oxu.az