Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tacikistanda keçmiş Ali Sovet sədri Akbarşo İskandarov da olmaqla bir sıra siyasətçilər saxlanıldı
Tacikistanda bir neçə gün əvvəl keçmiş dövlət məmurları və müxalif siyasi partiyanın rəhbərinə qarşı əməliyyat keçirilib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə ölkənin Baş Prokuroru Yusuf Rahmon xəbər verib.
Onun sözlərinə görə, cinayət işi açılanlar arasında Tacikistanın sabiq xarici işlər naziri, 75 yaşlı Xamraxon Zarifi və 1991-1992-ci illərdə ölkə rəhbəri vəzifəsini icra etmiş keçmiş Ali Sovet sədri, 73 yaşlı Akbarşo İskandarov da var. Bundan başqa, digər tanınmış siyasətçilər - Demokratlar Partiyasının keçmiş sədri Saidcafar Usmonzoda, Sosial Demokrat Partiyasının sədr müavini Şokircon Xakimov və Demokrat Partiyasının birinci sədr müavini Əhmədşoh Komilzoda barəsində də cinayət işləri açılıb.
Baş Prokuror mətbuat konfransında istintaqın ilkin mərhələdə olduğunu və istintaq sirrinin qorunması ilə əlaqədar əlavə məlumat verə bilməyəcəyini bildirib. O, yalnız bir məqamı vurğulayıb ki, millətə, ölkə prezidentinə xəyanət edən şəxs hansı vəzifədə olmasından asılı olmayaraq qanun qarşısında cavab verəcək.
Rəylər