Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qobustanda saxlanılan narkokuryerlərdən üç kiloqram marixuana və tiryək götürülüb
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Ceyhun Məmmədov və Adil Comərd saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, onlardan 3 kiloqram marixuana və tiryək aşkarlanıb. Saxlanılan şəxslər sosial şəbəkədə tanış olduqları İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər. Araşdırmalarla A.Comərdin analoji əməlinə görə axtarışda olduğu da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Bacısı övladının doğum gününə gedən Elşad dəhşətli qəzada həlak oldu: Hadisənin ANBAAN GÖRÜNTÜLƏRİ
- Binadan atılan Ayşən tualetdə saxlanılırmış: Qətli törədən 23 yaşlı Hüseynin ŞOK İFADƏSİ
- Ev dustaqlığına buraxılan tiktokerlərə niyə elektron qolbaq tətbiq edilməyib?
- Sabirabadda dəhşətli hadisə: Gecə atasını öldürdü, psixiatriya xəstəxanasına göndərildi
- Əli Nağıyev: "Azərbaycan Əfqanıstanın təhlükəsizliyi ilə bağlı təşəbbüsləri dəstəkləyir"