Tailandda Çaçenqsao əyalətində məbəd yarmarkası zamanı əraziyə atılan əl qumbarasının partlaması nəticəsində dörd nəfər ölüb, beş nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Txai Rat” qəzeti məlumat yayıb.
Partlayış bazar günü gecə saatlarında baş verib. Xəsarət alanlar bayramda iştirak edən yerli sakinlərdir.
Bazar ertəsi polis şübhəli bilinən iki nəfəri - Se Nqo qardaşlarını saxlayıb.
Qəzet yazır ki, yerli cinayətkar qrupunun tərkibinə daxil olan Se Nqo qardaşlarının hədəfi rəqibləri olub, amma partlayış zamanı qruplaşmaya aidiyyəti olmayan insanlar da zərər çəkiblər.
N.O.
www.oxu.az