“Taliban” radikal hərəkatı Əfqanıstanın daha bir böyük şəhəri Cəlalabadı ələ keçirib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Nanqarhar əyalətinin deputatı Abrarulla Murad bildirib.
Cəlalabad paytaxt Kabillə yanaşı, hakimiyyət qüvvələrinin əlində olan iki böyük şəhərdən biri idi.
Yerli sakinlərin bildirdiyinə görə, yaraqlılar şəhəri döyüşsüz ələ keçiriblər.