Müğənni Britni Spirsin Con Sandal adlı keçmiş sevgilisi Əfqanıstanda taliblər tərəfindən öldürülüb, New York Daily News xəbər verir.
44 yaşlı helikopter pilotu Kabil üzərində uçuş zamanı vurulub. O, Əfqanıstanda məmurların daşınması ilə məşğul olurmuş.
Pilotun cəsədi ABŞ-a gətirilib. Dəfn mərasimi Los-Ancelesdə baş tutub.
Pop-müğənniyə yaxın mənbə bildirib ki, Spirs bu itkidən çox kədərlənib:
“Britni Conu gözəl insan hesab edirdi”.
Qeyd olunur ki, Spirs və Sandal 2007-ci ildə anonim alkoqoliklər kurslarında tanış olublar. O zaman müğənni etiraf edirdi ki, bu yoldan uzaqlaşmaqda Sandal ona yardımçı olub.