Taylandın kralı Pxumipon Adulyadet 88 yaşında dünyasını dəyişib.
Oxu.Az “Reuters”-ə istinadən xəbər verir.
Bir müddət əvvəl, 10 oktyabrda onun səhhətinin ağırlaşması barədə xəbər yayılmışdı. Məlumata əsasən, Adulyadet hemodializ prosedurundan keçirdi.
Çakri sülaləsinə mənsub olan Adulyadet 1927-ci ildə ABŞ-da dünyaya gəlib, bir il sonra ailəsi Taylanda köçüb, daha sonra isə o, İsçevrəyə oxumağa gedib.
O, taxta 1946-cı ildə oturub. O vaxtdan bəri heç bir dövlət çevrilişi Adulyadeti taxtdan sala bilməyib.
O, Tayland tarixində ən uzunmüddətli hökmranlıq edən monarx sayılır. Ehtimal olunur ki, taxta onun yeganə oğlu Maxa Vaçiralonqkorn çıxacaq.
N.O.