Tayvanda 1983-cü ildə istifadəyə verilmiş və bu yaxınlarda bağlanmış ticarət mərkəzindən hovuz düzəldiblər.
“Dezeen” xəbər verir ki, bu memarlıq layihəsini MVRDV şirkəti həyata keçirib.
Şirkət öz layihəsini olduqca maraqlı və səmərəli adlandırıb.
MVRDV-nin rəhbəri, layihənin həyata keçirildiyi Tayvanın çox solğun şəhər olduğunu bildirib.
“Şəhərin mərkəzindəki cəngəlliklər isə insanları yenidən ilhamlandıracaq və sevindirəcək”, - deyə o əlavə edib.