Tbilisi meri, eyni zamanda, hakim Gürcü Arzusu Partiyasının baş katibi postunu tutan Kaxa Kaladze xarici qüvvələri Gürcüstanda dövlət çevrilişi etmək cəhdində ittiham edib.
Bu barədə “Rustavi-2” telekanalı məlumat verib.
İslandiya, Litva və Estoniya xarici işlər nazirlərinin Tbilisidəki etirazlardakı çıxışlarını şərh edən Kaladze bunu düşmənçilik adlandırıb:
“Bu, dostluq deyil, düşmənçilikdir... Bizim xarici işlər nazirimiz İrəvana gedib müxalifətin mitinqində iştirak etsəydi, buna münasibət necə olardı?” - deyə Kaxa Kaladze qeyd edib.
Rəylər