ABŞ-nin Texas ştatının Friport şəhərində "Dow" şirkətinə məxsus kimyəvi maddələrin istehsalı zavodunun bölmələrindən birində yanğın baş verib. Xəsarət alan yoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə şirkət özünün "Facebook" hesabında məlumat yayıb.
"Dow B" zavodunda yanğınla mübarizə davam edir. Yanğın istehsalat bölməsində lokalizə olunub", - bəyanatda bildirilir.
Şirkət əlavə edib ki, bütün işçilər təxliyə olunublar. Hadisə yerində təcili yardım qrupları işləyir.
Friport şəhər rəsmilərinə istinadən verilən məlumata görə, yanğın ictimaiyyət üçün heç bir təhlükə yaratmır.