ABŞ Prezidenti Donald Tramp Avropa ölkələri də daxil olmaqla, Vaşinqtonun Qrenlandiyanı ilhaq etmək planlarına qarşı çıxan ölkələri onların məhsullarına tarif tətbiq edə biləcəyi ilə hədələyib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
"Qrenlandiya ilə bağlı razılığa gəlməsələr, onlara tarif tətbiq edə bilərəm. Çünki milli təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var. Buna görə də mən bunu edə bilərəm", - deyə dövlət başçısı bildirib.
Tramp, həmçinin özünü "tariflər kralı" adlandırıb.