Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Demokratlar partiyasından olan rəqibi Hillari Klintonu Nevada və Arizona ştatlarında seçicilər arasında populyarlıqda geridə qoyub. Sabiq dövlət katibi isə Pensilvaniya və Florida kmi ştatlarda liderlik edir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə CNN teleşirkətinin ORC tədqiqat xidməti ilə bərabər apardığı sorğunun çərşənbə günü yayılmış nəticələrində bildirilir.
Məlumata görə, Arizona ştatından sorğuda iştirak edənlərin 49%-i Trampı, 44%-i isə Klintonu dəstəkləyiblər.
Nevadada Trampın üstünlüyü daha çoxdur, orada göstəricilər 49% və 43%-dir.
Pensilvaniyada seçicilərin 48%-i Klintonu, 44%-i isə Trampı prezident görmək istəyir. Florida da Klinton irəlidədir (49% və 47%).
ABC teleşirkətinin və “The Washington Post” qəzetinin sorğusuna görə isə Tramp rəqibi ilə eyni səsə malikdir. Milyardçıya və sabiq dövlət katibinə səs verən seçicilər 46% oldu.
N.O.
www.oxu.az