Fələstin-İsrail münaqişəsinin nizamlanması üçün iki dövlətin yaradılması vacib deyil.
Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə fevralın 15-də ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqların yekunları üzrə mətbuat konfransında bəyan edib.
“Mən iki dövlət və ya bir dövlət məsələsini nəzərdən keçirirəm”, - Ağ Ev başçısı deyib.
O qeyd edib ki, uzun müddət iki dövlətin yaradılması ideyasını dəstəkləyirdi, lakin hər iki tərəfi qane edəcək qərarla razılaşacaq.
S.B.
www.oxu.az