ABŞ prezidenti Donald Tramp İranın ABŞ-a qətiyyən hörmət etmədiyini və bir nömrəli terrorizm dövləti olduğunu bəyan edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.
“İran bizim ölkəyə qətiyyən hörmət etmir. O, bir nömrəli terrorizm dövlətidir. O, silahlanmaya vəsait ayırır”, - o deyib.
Tramp İrana qarşı sanksiyalar vəd edib və əlavə edib ki, ABŞ bu istiqamətdə artıq işə başlayıb.
O qeyd edib ki, öz addımlarına dair əvvəlcədən xəbərdarlıq etməyəcək. Trampın sözlərinə görə, o, hər zaman sələfi Barak Obamanı əvvəlcədən Mosula və ya başqa yerə qoşun yerləşdirməyinə dair xəbərdarlıq etdiyi üçün tənqid edib.
N.O.
www.oxu.az