ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel Ağ Evdə keçirilən görüşdə şəkil çəkilən zaman bir-birlərinə əl verməyiblər.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, görüşdən sonra jurnalistlər siyasətçilərdən bir-birlərinə əl verməyi xahiş edib.
Angela Merkel üzünü Trampa çevirərək bunu gözləsə də, Almaniya kanslerinin təşəbbüsünə reaksiya verməyən ABŞ prezidenti jurnalistləri seyr etməyə davam edib.
S.B.
www.oxu.az