ABŞ lideri Donald Tramp sabiq prezident Barak Obamanı Rusiyaya qarşı zəiflik göstərməkdə ittiham edib.
Oxu.Az-ın xəbərinə görə, Ağ Ev başçısı bu barədə öz Twitter səhifəsində yazıb.
“Səkkiz il ərzində Rusiya prezident Obamaya təzyiq göstərərək daha da güclənib, Krımı özünə birləşdirib və raketlərinin sayını artırıb. Aciz!”, - Tramp yazıb.
For eight years Russia "ran over" President Obama, got stronger and stronger, picked-off Crimea and added missiles. Weak! @foxandfriends
— Donald J. Trump (@realDonaldTrump) 7 марта 2017 г.
Qeyd edək ki, bu Trampın sabiq prezidentə qarşı ilk sərt bəyanatı deyil. Bundan əvvəl o, Obamanı seçkiqabağı təşviqat kampaniyası zamanı “Trump Tower”də telefonları dinləməkdə ittiham etmişdir.
S.B.
www.oxu.az