ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə təkbətək danışıqlar aparmaq üçün Kreml rəhbərinin Ukrayna Prezidenti Volodomir Zelenski ilə görüşməsini şərt kimi irəli sürmür.
Oxu.Az bu barədə TASS-a istinadla xəbər verir.
Tramp Oval kabinetdə jurnalistin "Putinlə görüşməyiniz üçün o, Zelenski ilə görüşməlidirmi?" sualına "yox" cavabını verib.
Xatırladaq ki, daha əvvəl Trampın Putinlə görüşmək üçün Rusiya liderinin ukraynalı həmkarı ilə görüşməli olduğuna dair xəbərlər yayılmışdı.