ABŞ prezidenti Donald Tramp ölkənin səhiyyə və sosial xidmətlər naziri Tomas Praysı istefaya göndərib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, nazirliyin baş inspektoru Deniel Levinson ötən həftə Praysa qarşı çarter uçuşlarında büdcə vasitələrindən istifadə etdiyinə görə araşdırmaya başlayıb.
Yoxlamaya “Politico” qəzetinin nazirin ABŞ ərazisində 26 dəfə şəxsi təyyarələrdən istifadə etməsinə dair məqaləsi səbəb olub.
Məlumata əsasən, nazirin uçuşları dövlətə 400 min ABŞ dollarına başa gəlib.
S.B.
www.oxu.az