Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Trampdan yeni rekord
2024-cü ilin noyabrında keçirilən seçkidə qalib gələndən bəri ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp donorlardan 200 milyon dollardan çox vəsait toplayıb. Bu məbləğ yeni seçilən prezidentlər üçün rekorddur.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Nəşrin məlumatına görə, toplanan vəsait Trampın andiçmə mərasiminin təşkili, siyasi tədbirlərin maliyyələşdirilməsi və potensial olaraq prezident kitabxanasının yaradılması üçün istifadə olunacaq.
Hazırda Trampı dəstəkləyən donorlar arasında "Pfizer", "Amazon" və "OpenAI" kimi böyük korporasiyalar, həmçinin kriptovalyutalarla əlaqəli şirkətlər var.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp cinsini dəyişən kişilərin qadınlarla yarışmasını qadağan edən fərman imzaladı
- ABŞ-dən sonra Argentina da ÜST-dən çıxır
- ABŞ Nümayəndələr Palatası Trampa impiçment elan etmək istəyir
- "Hizbullah"a qarşı əməliyyatın rəmzi: Netanyahu Trampa QIZIL PEYCER hədiyyə etdi
- Rusiyada miqrantlara qarşı yeni qaydalar qüvvəyə mindi - Xəbərlərin 20:00 buraxılışı
Rəylər