ABŞ Prezidenti Donald Trampın iqamətgahına daxil olmağa çalışan şəxs şerif müavini və təhlükəsizlik xidmətinin iki əməkdaşı ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Florida ştatının Palm-Biç dairəsinin şerifi Rik Bredşou "Fox News"a açıqlmasında danışıb.
O bildirib ki, təhlükəsizlik xidməti hücum edən şəxsə silahı yerə qoymağı əmr edib, lakin o, ov tüfəngini hüquq-mühafizə orqanlarına tuşlayıb. Nəticədə əməkdaşlar kişini zərərsizləşdirməli olublar.
Qeyd edək ki, insident yerli vaxtla saat 01:30-da (Bakı vaxtı ilə saat 10:30 - red.) baş verib.
ABŞ Prezidenti Donald Trampın təhlükəsizlik xidməti prezidentin Floridadakı şəxsi mülkü olan Mar-a-Laqo iqamətgahına daxil olmağa çalışan silahlı şəxsi zərərsizləşdirib.
Oxu.Az xəbər verir ki, "Fox News" bu barədə ABŞ Məxfi Xidmətinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, 20 yaşlarında kişi mülkə "icazəsiz daxil olub". Əvvəlcə o, şimal darvazasının yaxınlığında görülüb.
Məlumata görə, şübhəli şəxsin üzərində ov tüfəngi və yanacaq dolu qab olub. Məxfi Xidmət əməkdaşları ona atəş açıblar, kişi yerindəcə ölüb.
Qeyd olunur ki, D.Tramp həmin vaxt iqamətgahda olmayıb.